Hollivudun məşhur aktyoru Arnold Şvartsenegger 74 yaşını qeyd edir.
Bizim.Media xəbər verir ki, bu münasibətlə o, İnstagram səhifəsində maraqlı paylaşım edib. Aktyor bu münasibətlə izləyicilərinə məktub ünvanlayaraq, onları yaxşılıq etməyə çağırıb.
“Ayda bir dəfə, “mən” deyil “biz” deyə düşünün. Bu, hər şey ola bilər - qonşunuzla əlaqə saxlayın, nəyə ehtiyacı olduğunu soruşub, onun yanında olduğunuzu deyin.
MÖVZU İLƏ BAĞLI:
Svarzenegger: “Son Oskar mərasimi çox darıxdırıcı keçdi”
Dərsdənkənar proqram üçün könüllülüyə yazılın; uşaqlara yaxşı başa düşdüyünüz bir mövzunu başa salın.
Alış-verişdə kiməsə kömək edin, birinə şahmat oynamağı öyrədin, parkda və ya sahildə zibil toplayın, çətin vaxtda dostunuza dəstək olun. Kimsə peyvənd məntəqəsinə gedə bilmirsə, ona yardım edin...”.
Şvartsenegger bu əməllərin onun üçün ən yaxşı ad günü hədiyyəsi olduğunu qeyd edib.
Aktyor belə bir hədiyyə üçün həqiqətən onlara minnətdar olacağını yazıb. O, bildirib ki, yaxşı əməlləri haqqında ona yazan ilk 10 izləyicisinə “Zoom” vasitəsi ilə şəxsən təşəkkür edəcək.
Bizim.Media