Hərbçilər üçün konsert verildi - FOTOLAR

Hərbçilər üçün konsert verildi - FOTOLAR

Hazırda oxunan: Hərbçilər üçün konsert verildi - FOTOLAR

30676

Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətlərində Vətənimizin keşiyində ayıq-sayıq dayanaraq Ermənistan silahlı qüvvələri bölmələrinin döyüş mövqelərimizə hücum cəhdləri və hər cür təxribatlarının qarşısını adekvat cavab tədbirləri ilə mərdliklə alan qəhrəman döyüşçülərimiz üçün təşkil olunan “Müzəffər Sərkərdə, yenilməz Ordu” adlı tədbir şəxsi heyətin döyüş ruhunu, vətənpərvərlik hissini daha da artırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə ata vəsiyyəti, ata arzusu özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla yerinə yetirilən ulu öndər Heydər Əliyevin və şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Üzeyir Hacıbəylinin məşhur “Cəngi” musiqisinin sədaları altında Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin marş-paradından sonra Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani cəsur döyüşçüləri salamlayıb.

Çətin relyefli dağlıq ərazidə, tez-tez dəyişən iqlim şəraitində, məkrli və riyakar düşmənlə üz-üzə xidməti vəzifələrini vicdanla, ləyaqətlə yerinə yetirən igid oğullarımızın ötən hər bir gününün bir ömrə bərabər olduğu və bunun ölkə rəhbərliyi, eləcə də xalqımız tərəfindən yüksək qiymətləndirildiyi böyük iftixar hissi ilə qeyd edilib.

Konsertlə bağlı ətraflı məlumatla linkdən tanış ola bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO