\

\"Qız axtarıram\" yazısıyla küçələri gəzən oğlan NİŞANLANDI - FOTO

Hazırda oxunan: \"Qız axtarıram\" yazısıyla küçələri gəzən oğlan NİŞANLANDI - FOTO

30659

London küçələrini "Qız axtarıram" başlıqlı lövhəylə gəzən Adam Sanyo nəhayət özünə həyat yoldaşı tapdığını elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.

Mənbə yazır ki, Sanyo 2015-ci ildə uzun zaman görüşdüyü qızla ayrıldıqdan sonra Kembric şəhərinə köçüb. 26 yaşında o, həm Londonda, həm Kembricdə üzərində "Salam, tanımadığım qız, mənim adım Adamdır və mən özümə qız axtarıram" yazılan böyük lövhə ilə gəzib.

Bu eksperiment çərçivəsində Adam sosial şəbəkələrdə xüsusi heşteqlərlə video paylaşaraq kampaniya keçirib.

Hazırda 32 yaşı olan Sanyo 26 yaşlı Esterlə nişanlıdır. Lakin maraqlıdır ki, o, sevgilisiylə küçədə yox, 2017-ci ildə şənliklərin birində tanış olub, 2019-cu ildən isə onlar sevgili kimi görüşməyə başlayıblar. Karantin dövründə 10 ay birlikdə mübahisəsiz yaşayan cütlük oktyabrda evlənməyi düşünür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO