Haitinin öldürülən prezidentinin ailəsi ölkəni tərk etdi

Haitinin öldürülən prezidentinin ailəsi ölkəni tərk etdi

Hazırda oxunan: Haitinin öldürülən prezidentinin ailəsi ölkəni tərk etdi

30307

Sui-qəsd yolu ilə öldürülən Haiti prezidenti Jovenel Moizin dul xanımı Martin Moiz övladları ilə birgə ölkəni tərk edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi “Aiti-24” xəbər portalına istinadən yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Haitinin öldürülən prezidentinin dul arvadı ölkəsinə qayıtdı - FOTO


Mənbə yazır ki, mərhum siyasətçinin ailəsi sui-qəsd zamanı yaralanan xanım Moizin müalicəsini davam etdirməsi üçün ABŞ-ın Florida ştatına köçüb.

Xatırladaq ki, dövlət başçısı iyulun 7-də naməlum şəxslərin iqamətgaha hücumu nəticəsində güllələnib, həyat yoldaşı isə yaralanıb. Səlahiyyətlilər, daha sonra hücum edən şəxslərin 26-sının Kolumbiya vətəndaşı olduğunu açıqlayıb. Onlardan bəzilərinin artıq nəzarətə alındığı deyilir.

Jovenel Moiz 23 iyulda ölkənin şimalındakı Cap-Haitien şəhərində dəfn edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO