ABŞ-da yaşayan tanınmış jurnalist Qənirə Ataş Vətən müharibəsində qəhrəmancasına döyüşən oğullarımız haqqında öz Facebook səhifəsində paylaşım edib.
Bizim.Media jurnalistin Şuşanın azad olunmasında iştirak edən əsgər Nahid Şirinovla bağlı yazısını təqdim edir.
“Paylaşın qəhrəmanları tanıyaq! Bu yaraşıqlı balamız Nahid Şirinovdur. 26 yaşı var''.
''Nahid bir bacının tək qardaşıdır. Onlar analarını çox erkən itiriblər''.
''Həyat elə gətirib Nahidin bacısı Amerika Azərbaycanlısı ilə ailə həyatı qurub və Çikaqoda yaşayır''.
''Nahid isə Bakıda kirayədə tək yaşayırdı''.
''Nahid çox ağllı, mədəni və tərbiyyəli biridir. Azərbaycandakı işsizlik fonunda Nahid də iş tapa bilməyənlərdən idi''.
''Baş vurduğu hər yerdən iş yoxdur cavabı alırdı. Vətən Müharibəsi başlayanda Nahid könüllü yazılmışdı''.
Qardaşına görə çox narahat olan bacısı “sənə bir şey olarsa mənim həyatda kimsəm qalmaz deyirdi”.
Nahid isə “Vətənimin dar günündə gizlənə bilmərəm, getməsəm dostlarımın üzünə baxa bilmərəm deyib” cəbhəyə yollandı.
Bir müddət onunla əlaqə kəsildi. Bacısına ürək dirək verərək, min bir təcrübə ortaya atırdıq.
Nəhayət Nahiddən xəbər gəldi.
O, Şuşaya çatanlardan olub. Baxın, ön cəbdə kimi kimsəsi olmayan Nahiddən bu gün bu şəkilləri almışam.
Kasıb, evsiz, işsiz. Amma qeyrəti və vətən sevgisi bol olan Nahid Şirinov.
Gərək dövlət bu balaların işlə təminatına zamin ola.
Necəki, Nahid və onun kimilər bizi utandırmadı, gərək biz də onları utandırmayaq.”
Bizim.Media olaraq bu mövzuları diqqət mərkəzində saxlayacayıq!
Bizim Media