Ukraynanın birinci prezidenti, ürək əməliyyatı keçirdikdən sonra artıq bir aydır reanimasiyada yerləşdirilən Leonid Kravçukun sağlıq durumu pisləşib.
Bizim.Media Ukraynanın “1+1” telekanalına istinadla xəbər verir ki, Leonid Kravçuk ağ ciyərin süni tənəffüs aparatına qoşulub və hazırda sərbəst nəfəs ala bilmir.
Siyasətçinin ailəsi xəstəxananın həkimlərinə onun səhhəti ilə bağlı şərhlər verməyi qadağan edib.
Dörd il əvvəl – 2017-ci ilin mayında Ürək İnstitutunda Kravçukun damarlarında stentləşdirmə aparılmışdı. Ukrayna KİV-in məlumatına görə, 2021-ci il iyunun 29-da o, uğurlu ürək əməliyyatı keçirmişdi.
Səksən yeddi yaşlı Leonid Kravçuk 2020-ci il iyulun 28-dən Ukraynanın şərqində vəziyyətin nizamlanması üzrə Təmas Qrupunda ölkəsinin nümayəndə heyətinə rəhbərlik edir. O, 1991-ci ildən 1994-cü ilədək Ukrayna prezidenti olub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:51 / 28.07.2021
Leonid Kravçukun vəziyyəti pisləşdi - SƏBƏB
Hazırda oxunan: Leonid Kravçukun vəziyyəti pisləşdi - SƏBƏB
Hazırda oxunan: Leonid Kravçukun vəziyyəti pisləşdi - SƏBƏB
30229
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.