Azərbaycanlı bacılar Tokioda Britaniyaya medal qazandırdılar – FOTO

Azərbaycanlı bacılar Tokioda Britaniyaya medal qazandırdılar – FOTO

Hazırda oxunan: Azərbaycanlı bacılar Tokioda Britaniyaya medal qazandırdılar – FOTO

30207

Əslən azərbaycanlı olan Cessika və Cennifer Qədirova bacılarının yer aldığı Böyük Britaniyanın qadın gimnastika milli komandası Tokio-2020-də bürünc medal qazanıb.

Bizim.Media xəbər verir ki, bu, Britaniyanın gimnastikada 93 illik fasilədən sonra Yay Olimpiya Oyunlarındakı ilk mükafatıdır. 16 yaşlı əkiz azərbaycanlı bacıların bu nailiyyətin qazılmasında böyük rolu olub. 

Xatırladaq ki, Cessika bu il İsveçrədə keçirilən Avropa çempionatının qalibi olub. Cennifer isə 2019-cu ildə yeniyetmələr arasında dünya çempionatının gümüş medalını qazanıb.

Qədirova bacılarının valideynləri azərbaycanlıdırlar. Atası Natiq Qədirov bir müddət əvvəl verdiyi müsahibədə 2001-ci ildə Böyük Britaniyaya köçdüklərini deyib. Altı övladı var. Cessika və Cennifer 2004-cü ildə İrlandiyada doğulublar. “İşlə əlaqədar İrlandiyaya getmişdik. Uşaqların da doğuşu həmin səfər vaxtına tuş gəldi”.

Əkiz bacılar həm İrlandiya, həm də Böyük Britaniya vətəndaşlarıdırlar. Valideynləri isə orada oturum izni ilə yaşayırlar.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO