"Olimpiakos"un 8 futbolçusu "Neftçi"yə qarşı oynamayacaq

Hazırda oxunan: "Olimpiakos"un 8 futbolçusu "Neftçi"yə qarşı oynamayacaq

30096

Yunanıstan "Olimpiakos"unun 8 futbolçusu "Neftçi"yə qarşı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçını buraxacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə Pirey təmsilçisinin baş məşqçisi Pedro Martins oyun öncəsi mətbuat konfransında deyib. 

İspaniyalı mütəxəsissin sözlərinə görə, Andreas Buxalakis, Oleq Ryabçuk, Sokratis Papastatopulos, Tanasis Andrutsos, Məhəmməd Kamara, Tikinyo, Yan M Vila və Eqmundur Kristinsson Bakıdakı görüşdə iştirak etməyəcək. 

Onlardan M. Kamara cəza, digərləri isə zədə səbəbindən meydana çıxa bilməyəcək. 

Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Olimpiakos" oyunu saat 20:00-da başlayacaq. İlk oyunda "ağ-qaralar" 0:1 hesabı ilə uduzub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO