Satıcı yatdı – Kassadakı pullar oğurlandı – VİDEO-FOTO 

Satıcı yatdı – Kassadakı pullar oğurlandı – VİDEO-FOTO 

Hazırda oxunan: Satıcı yatdı – Kassadakı pullar oğurlandı – VİDEO-FOTO 

30089

Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən marketlərdən birindən oğurluq edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.  

Bildirilib ki, naməlum şəxs marketə daxil olub satıcının yatmasından istifadə edərək kassada olan pulları oğurlayıb və daha sonra hadisə yerindən yayınıb. 

Oğurluq edən şəxsin mağazaya daxil olması və kassadan oğurluq etməsi obyektin təhlükəsizlik kameraları vasitə ilə də lentə alınıb. 

Zərərçəkən şəxs hadisə barədə xəbər tutandan sonra ərazi üzrə Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə məlumat verib. Bölmə əməkdaşlarının qısa zamanda həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri həmin hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunan Nadir Babayev saxlanılıb. 

O, ifadəsində törətdiyi oğurluq hadisəsini etiraf edib. 

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində araşdırmalar davam etdirilir. 

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO