Tokio-2020: 29 dəst medalı 40 ölkə qazandı – Siyahıda Türkiyə də var

Tokio-2020: 29 dəst medalı 40 ölkə qazandı – Siyahıda Türkiyə də var

Hazırda oxunan: Tokio-2020: 29 dəst medalı 40 ölkə qazandı – Siyahıda Türkiyə də var

29863

Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün 29 növ üzrə mübarizə gedib.

Bizim.Media xəbər verir ki, daha 14 dəst medal oxatma, şose velosipedi, suya tullanma, qılıncoynatma, cüdo, atıcılıq, diyircəkli idman, üzgüçülük, taekvondo və ağırlıqqaldırma növlərində sahiblərini tapıb. Beləliklə, 29 dəst medala 40 ölkənin idmançıları yiyələnib.

Çin 11 (6 qızıl, 1 gümüş və 4 bürünc) medalla həm kəmiyyət, həm də keyfiyyətcə birinci pillədə qərarlaşıb.

10 (4 qızıl, 2 gümüş, 4 bürünc) medal qazanan ABŞ kəmiyyətcə 2-ci, keyfiyyətcə 3-cü pilləyə yer alıb. Medal əyarında 2-ci yeri isə 5 "qızıl", 1 "gümüş"lə Yaponiya tutur.

Bu gün 2 taekvondoçusu bürünc medal qazanan Türkiyə siyahıda 31-ci pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO