Alpinistlərin xatirəsinə quraşdırılan bürünc lövhə tapıldı - FOTO

Alpinistlərin xatirəsinə quraşdırılan bürünc lövhə tapıldı - FOTO

Hazırda oxunan: Alpinistlərin xatirəsinə quraşdırılan bürünc lövhə tapıldı - FOTO

29741

Son günlər sosial şəbəkələrdə 2017-ci ildə qar uçqununda həlak olan alpinistlər Namin Bünyatov, Fəridə Cəbrayılzadə və Babur Hüseynovun xatirəsinə quraşdırılan lövhənin oğurlanmasına dair məlumatlar yayılmışdı. 

Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov bununla bağlı açıqlama verib. 

O bildirib ki, sözü gedən məsələ ilə bağlı  Qusar RPŞ tərəfindən dərhal həmin ərazidə araşdırma aparılıb və bürünc lövhə Qusar rayonu Tufandağın ətəyindəki Mahmuddərə ərazisindən tapılıb. 

Ehtimal olunur ki, lövhənin quraşdırıldığı yerdən itməsinə qış aylarında olan qar uçqunları və ya sel səbəb səbəb olub.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO