Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Goranboy Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.
Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına kompleksdə görülən işlər barədə məlumat verilib.
İnşasına 2014-cü ildə başlanılan bu kompleksin ərazisi 3 hektardan çoxdur. Sahəsi 9137 kvadratmetr olan kompleksdə böyük idman korpusu yerləşir. Universal idman zalı 905 tamaşaçı tutumludur. Bu zal basketbol, voleybol, həndbol, mini-futbol idman növləri üzrə məşqlərin və yarışların keçirilməsinə imkan verir.
MÖVZU İLƏ BAĞLI:
Prezident Goranboyda avtomobil yolunun açılışında iştirak etdi - FOTO
Eyni zamanda, cüdo, taekvando, sambo, karate, kiqboksinq və digər idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulub.
Uzun illərdir ölkəmizdə Olimpiya hərəkatı geniş vüsət alıb. Ötən illər ərzində Azərbaycanda onlarla olimpiya -idman kompleksi tikilib. Bu isə ölkəmizdə idmana marağı artırıb, gənclərin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün geniş imkanlar açıb. Goranboyda istifadəyə verilən olimpiya-idman kompleksi də bu qəbildən icra olunan layihələr sırasında xüsusi yer tutur.
Kompleksə üzgüçülük hovuzu da daxildir. Burada 200-dən çox tamaşaçının yarışları izləməsi üçün hər cür şərait var. Burada, həmçinin güləş, boks, fitnes-trenajor, aerobika, gimnastika və rəqs zalları, şahmat otağı, konfrans zalı və digər otaqlar yaradılıb. Ərazidə üçmərtəbəli, 44 yerlik mehmanxana da fəaliyyət göstərəcək.
Burada da idmançıların və qonaqların istirahəti üçün bütün imkanlar var. Futbol stadionunun tribunası 1141 tamaşaçı yerlikdir. Bundan əlavə, iki mini-futbol meydançası da qurulub.
Voleybol-basketbol meydançası, həmçinin uşaq əyləncə meydançası yaradılıb. Kompleksdə fiziki imkanları məhdud idmançılar və tamaşaçılar üçün də müvafiq şərait yaradılıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Goranboy Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.
Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına kompleksdə görülən işlər barədə məlumat verilib.
Bizim.Media