Tokio-2020: Azərbaycan taekvondoçularının rəqibləri dəqiqləşdi

Tokio-2020: Azərbaycan taekvondoçularının rəqibləri dəqiqləşdi

Hazırda oxunan: Tokio-2020: Azərbaycan taekvondoçularının rəqibləri dəqiqləşdi

29475

Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan taekvonduçularının ilk rəqibləri bəlli olub.

Bizim.Media xəbər verir ki, 80 kq çəki dərəcəsindəki Milad Beigi Hərçəqani ilk olaraq Çin-Taybeyini təmsil edən Vey-Tinq Liu ilə qarşılaşacaq.

Qadın taekvondoçu Fəridə Əzizova isə Peyc Makfersonla (ABŞ) görüşəcək.

Taekvonda yarışlarına iyulun 24-də start veriləcək. Hər iki idmançı mübarizəyə iyulun 26-da başlayacaq.

Qeyd edək ki, Tokio-2020-nin açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO