İyulun 21-dək dünyada COVID-19 virusuna qarşı vurulan peyvənd dozalarının sayı 3 milyard 730 milyonu ötüb.
Bizim.Media vaksinasiyanın statistikasını aparan "Ourworldindata.org" saytına istinadla xəbər verir ki, hazırda Çin 1 milyard 480 milyon doza ilə dünya ölkələri arasında liderliyini davam etdirir.
Bu göstərici üzrə ikinci və üçüncü yerləri tutan Hindistanda 415 milyon 470 min, ABŞ-da 338 milyon 490 min doza peyvənd vurulub.
Vurulan vaksin dozalarının sayına görə ilk onluqda, həmçinin Braziliya (126 milyon 64 min), Almaniya (87 milyon 120 min), Böyük Britaniya (82 milyon 590 min), Yaponiya (73 milyon 970 min), Fransa (65 milyon 580 min), Türkiyə (63 milyon 930 min) və İtaliya (62 milyon 700 min) yer alıb.
Əhalinin hər 100 nəfərinə düşən peyvənd dozalarının sayına görə isə birinci yerdə Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb (166,27 doza).
Bu göstərici üzrə ilk onluğa, həmçinin Malta (164,90), Seyşel Adaları (141,98), İslandiya (136,68), San-Marino (132,85), Bəhreyn (132,14), Uruqvay (131,51), Çili (129,54), İsrail (127,16) və Qətər (124,29) daxildir.
Ümumilikdə dünyanın 28 ölkəsində əhali sayından çox vaksin dozası vurulub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:07 / 22.07.2021
Dünyada nə qədər vaksin vurulub? - STATİSTİKA
Hazırda oxunan: Dünyada nə qədər vaksin vurulub? - STATİSTİKA
Hazırda oxunan: Dünyada nə qədər vaksin vurulub? - STATİSTİKA
29419
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.