Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus Tokio Olimpiya Oyunları zamanı Yaponiyaya səfər etməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə Kyodo agentliyi hökumətdəki mənbələrə istinadla məlumat yayıb.
Bildirilir ki, səfər zamanı ÜST-nin baş direktoru Tedros Qebreyesus Yaponiyanın Baş naziri Yoşihide Suqa ilə Olimpiya və Paralimpiya Oyunları zamanı COVID-19-a qarşı mübarizə tədbirlərini müzakirə edəcək.
Rəsmi mənbələr bu görüşün iyulun 22-24 arasında baş tuta biləcəyini qeyd ediblər. Bununla yanaşı, ÜST-nin baş direktorunun Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə iyulun 23-də, Olimpiya Oyunlarının açılış mərasimi günü müzakirələr aparmasının mümkünlüyünün araşdırıldığı da bildirilir.
Qeyd edək ki, hazırda ÜST Tokio Olimpiya Oyunlarının təşkilatçılarına virusa qarşı profilaktik tədbirlər barədə məsləhətlər verir.
Məlumat üçün qeyd edək ki, Tedros Qebreyesus sonuncu dəfə Yaponiyaya 2019-cu ilin iyununda, G20 ölkələrinin Osaka şəhərində keçirilən sammitində iştirak etmək üçün gəlib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:04 / 20.07.2021
ÜST-dən Tokio Olimpiya Oyunlarının təşkilatçılarına MƏSLƏHƏT
Hazırda oxunan: ÜST-dən Tokio Olimpiya Oyunlarının təşkilatçılarına MƏSLƏHƏT
Hazırda oxunan: ÜST-dən Tokio Olimpiya Oyunlarının təşkilatçılarına MƏSLƏHƏT
29156
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.