Ukraynada azərbaycanlı iş adamının mülkü ardıcıl yandırılır - VİDEOREPORTAJ

Ukraynada azərbaycanlı iş adamının mülkü ardıcıl yandırılır - VİDEOREPORTAJ

Hazırda oxunan: Ukraynada azərbaycanlı iş adamının mülkü ardıcıl yandırılır - VİDEOREPORTAJ

29087

Ukraynanın paytaxtı Kiyevin Desnyanskiy rayonu ərazisində son vaxtlar yaxınları ilə birlikdə hücumlara məruz qalan iş adamı, Azərbaycan vətəndaşı Şahlar İsgəndərova məxsus restoranda bir neçə dəfə naməlum şəxslər tərəfindən odlu “molotov kokteyli” hücumlarına məruz qalıb.

Bizim.Media xəbər verir ki, “Mangal House” adlı restorana bu il iyunun 17-də gecə edilən ilk hücum nəticəsində bir hissəsi yandırılsa da, sahibi tərəfindən təmir olunub.

Ş. İsgəndərov qeyd edir ki, hücumların ardı kəsilməyib, yenidən iyulun 6-da və iyulun 16-da təkrar naməlum şəxslər gecə saat saatlarında “molotov kokteyli” ataraq restoranın bir hissəsini yandırıblar. İş adamına külli miqdarda zərər dəyib.

O, vurğulayıb ki, obyektinin yenidən yandırılma təhlükəsi də var. Yanğını törədənlərin əməlləri müşahidə kameralarına düşsə də, üzləri görünmür. Hadisə ilə bağlı Kiyev vilayət və şəhər polisi birgə araşdırma, əməliyyat-axtarış tədbirləri aparır.



Şahlar İsgəndərov bildirib ki, iyunun 17-də gündüz saatlarında isə bir qrup şəxs o obyektdə olmayanda restorana gələrək əməkdaşları vasitəsi ilə onu hədələyiblər. Azərbaycanlı iş adamı onu da qeyd edib ki, buna qədər ötən il noyabrın 28-də gecə saatlarında naməlum şəxslər tərəfindən şəxsi avtomobili yandırılıb. Ötən il ona olan təzyiq bununla da bitməyib. Belə ki, 2020-ci il martın 20-də axşam saatarında elə həmin restorandan çıxan zaman qardaşı İsgəndərov Vidadi naməlum şəxslərin qəfil hücumuna məruz qalaraq ölümcül döyülüb.

20 ilə yaxındır Ukraynada yaşayan və yerli biznes həyatında fəal olan azərbaycan iş adamı bildirib ki, bu hadisələrə qədər o və yaxınları Ukraynada heç vaxt təzyiqə məruz qalmayıb.

Yalnız son bir ildə sadalanan hallar fonunda onun şəxsi həyatına və biznesinə ciddi təhlükə yaranıb:

“Bütün bu hallar üzrə polisə müraciət etsək də, araşdırma aparsalar da, heç bir nəticə yoxdur. Azərbaycan Daxili İşlər Nazirliyinə də müraciət etmişik. Hətta Kiyev polisi avtomobilimi yandıranları saxlasa da, sonradan naməlum səbəbdən sərbəst buraxıblar. Biz artıq nəinki iş həyatımızı, hətta canımızı belə Ukraynada ciddi təhlükədə hiss edirik. Artıq bu ölkədə nəinki biznesimizi inkişaf etdirmək, belə təzyiq və təhlükə səbəbindən canımızı və kapitalmızı bu ölkədən çıxarmağı düşünürük. Çünki artıq bir ildən çoxdur biznesimə və şəxsi həyatıma bu təzyiqlər artan təhlükə ilə davam edirsə və hüquq-mühafizə orqanları heç bir tədbir görə bilmilrsə, bizim başqa çıxış yolumuz qalmır. Elə durumdayıq ki, hər an obyektim, mən və yaxınlarımdan hər hansı biri həyatını itirə bilər”.

Ş.İsgəndərov Ukrayna Prezidenti Vladimir Zelenskiyə müraciət etməyə hazırlaşır.

İri vergi ödəyicisi olduğunu bildirən Ş.İsgəndorv deyib ki, son vaxtlar tək ona qarşı yox, daha bir neç azərbaycanlı iş adamlarına qarşı təzyiq artıb. (Report)

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO