“Azərbaycanda anası və sevgilisi tərəfindən zorakılığa məruz qalan beş yaşlı uşağın vəziyyəti yaxşıya doğru gedir”.
Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.
MÖVZU İLƏ BAĞLI:
5 yaşlı uşağa işgəncə verən ana və tanışı saxlanıldı – YENİLƏNİB - FOTO
Onun sözlərinə görə, məsələ komitə tərəfindən nəzarətə götürülüb.
“Hazırda azyaşlının müalicəsi xəstəxanada davam etdirilir”.
Qeyd edək ki, bir neçə gün əvvəl Səadət Xasməmmədova qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Kamran Tağıyevlə yaşadıqları evdə narkotik vasitələrin təsiri altına düşərək qadının doğma oğlu Cahid Abdulova işgəncələr veriblər.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işibaşlanıb. Səadət Xasməmmədova və Kamran Tağıyev cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.
Bizim.Media