Bakıdan Naxçıvana avtobus biletlərinin qiyməti açıqlandı

Bakıdan Naxçıvana avtobus biletlərinin qiyməti açıqlandı

Hazırda oxunan: Bakıdan Naxçıvana avtobus biletlərinin qiyməti açıqlandı

28810

Bakıdan Naxçıvana və geriyə avtobuslar ilkin olaraq ancaq səhər saatlarında işləyəcək.

Bizim.Media Bakı Beynəlxalq Avtovağzal Kompleksinə istinadən xəbər verir ki, sərnişinlər bu gündən sabah saat 09:00 reysinə, eləcə də növbəti günlərə bilet əldə edə bilərlər.

Biletin qiyməti 30 manat, 5-10 yaş arası uşaqlar üçün isə 50% güzəşt olmaqla 15 manat təşkil edir.

Biletləri Avtovağzalın kassalarından, eləcə də internet üzərindən avtovagzal.az saytı vasitəsi ilə onlayn almaq mümkündür.

Reyslər yüksək komfortlu, geniş salona malik, sərin, Avropa standartlarına cavab verən müasir tipli avtobuslarla həyata keçiriləcək.

Gömrük keçid məntəqəsində sərnişinlərdən "Covid-19" testi götürüləcək. Bu testlər Azərbaycan vətəndaşları üçün pulsuzdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO