Bakıda intihar edən şəxs məşhur müğənninin qızı ilə sevgili imiş - VİDEO

Bakıda intihar edən şəxs məşhur müğənninin qızı ilə sevgili imiş - VİDEO

Hazırda oxunan: Bakıda intihar edən şəxs məşhur müğənninin qızı ilə sevgili imiş - VİDEO

2876

Xəbər verdiyimiz kimi, Bakıda Nərimanov rayonunda 36 yaşlı şəxs özünü “AA” serialı maşının yanında “Koloşnikov”la güllələyərək öldürüb.

Bizim.Media xəbər verir ki, araşdırmalar nəticəsində məlum olub ki, intihar edən şəxs Ramin Alməmməd oğlu Əliyev evli olduğu halda məşhur ifaçılardan birinin qızı ilə gizli sevgi münasibəti yaşayırmış.

Onun sevgilisinə məşhur yaşayış komplekslərinin birindən ev aldığı da deyilir. 

İddialara görə, intihar edən şəxsin sahib olduğu “Kəlam MTK” tikinti şirkəti ona qayınatası tərəfindən hədiyyə edilib.

Bu münasibətdən xəbər tutan R. Əliyevin qayınatası onun əlindən bütün var-dövlətini, həmçinin sevgilisinə verdiyi evi də alıb.

Qonşuların verdiyi məlumata görə isə R.Əliyev intihar etdiyi binanın 12-ci mərtəbəsində məşuqu ilə birlikdə yaşamaq üçün ev tutub.

Həyat yoldaşı və anasının onu sevgilisi ilə birlikdə həmin evdə tutmasından sonra həyətdə intihar etdiyi iddia edilir. (mediapost)

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO