Gəncə polisindən \

Gəncə polisindən \"patı\" əməliyyatı - Tutulanlar var - FOTO

Hazırda oxunan: Gəncə polisindən \"patı\" əməliyyatı - Tutulanlar var - FOTO

28452

Gəncədə narkotik satan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya Gəncədə "pati verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Narkotik “Patı”lər Bakıda harada istehsal olunur? – ŞOK DETALLAR


Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakinləri Hamlet Əliyev və onunyaxın qohumu Zaman Fərəcov saxlanılıb. Polis idarəsində saxlanılan şəxslərin üzərlərinə baxış keçirilən zamanı heroin aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində H. Əliyevin yaşadığı fərdi yaşayış evindən xüsusi bükümlərdə olan külli miqdarda metamfetamin, heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Bundan başqa RPİ-nin ərazi üzrə polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakinləri Heydər Əhmədov və Ramil Babayev saxlanılıb. Saxlanılan şəxslərdən narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO