Bu ölkədən ət idxalına məhdudiyyət qoyuldu - RƏSMİ

Bu ölkədən ət idxalına məhdudiyyət qoyuldu - RƏSMİ

Hazırda oxunan: Bu ölkədən ət idxalına məhdudiyyət qoyuldu - RƏSMİ

28438

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Monqolustanın Xentiy, Dornoqov və Süxbator vilayətlərində dabaq xəstəliyi qeydə alınıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Bizim.Media-ya verilən məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Monqolustanın Xentiy, Dornoqov və Süxbator vilayətlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Monqolustandan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO