AVRO 2020-nin qalibi olan İtaliya millisi ölkəsinəqayıdıb.
Bizim.Media sosial şəbəkələrə istinadla xəbər verir ki, futbolçuları hava limanında böyük coşqu ilə qarşılayıblar.
İtaliya millisinin qapıçısı Canluici Donnarumma əlində AVRO 2020 kuboku ilə təyyarədən enrkən azarkeşlər onu alqışlara qərq ediblər.
Pandemiya ilə bağlı hava limanına məhdud sayda insan buraxılıb. İtaliyalılar milli yığmanın oyunçuları ilə fotolar çəkdiriblər.
Qeyd edək ki, AVRO 2020-nin final matçında İtaliya və İngiltərə milliləri üz-üzə gəlib.
Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişmədiyinə görə qalib penaltilər seriyasında müəyyənləşib.
Penaltilər seriyasında 3:2 hesabı ilə qalib gələn İtaliya turnirin qalibi olub və tarixində ikinci dəfə (ilk dəfə Avro-1968) Avropa çempionatını qazanıb.
Bizim.Media