Tovuz döyüşləri: Polad Həşimovun şəhid olduğu post - FOTO

Tovuz döyüşləri: Polad Həşimovun şəhid olduğu post - FOTO

Hazırda oxunan: Tovuz döyüşləri: Polad Həşimovun şəhid olduğu post - FOTO

28286

İyulun 12-də gün günorta saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələri Tovuzda dayanmadan dinc sakinləri, mülki vətəndaşları hədəfə alıb. Düşmən Tovuzda yerləşən mövqelərimizi artilleriya qurğularından atəşə tutub.

Təxribatlar zamanı Azərbaycan Ordusunun bölmələri düşmənin qəfil hücumunun qarşısını qətiyyətlə alıb.

Döyüşlər nəticəsində ermənilərin neçə-neçə dayaq məntəqəsi dağıdılıb, bir çox döyüş texnikası sıradan çıxarılıb, onlarla hərbçisi məhv edilib. 

Bu gün Tovuz döyüşlərinin 1 ili tamam oldu. 44 günlük Vətən müharibəsinin təməli qoyulan Tovuz rayonunun Ağdam kəndinin ərazisində döyüşlərin baş verdiyi əraziyə Müdafiə Nazirliyi tərəfindən bu münasibətlə media-tur təşkil edilib.

Jurnalistlər əvvəlcə Tovuzda yerləşən N saylı hərbi hissədə əsgərlərin məişət şəraiti ilə tanış olublar.

Media-tur iştirakçıları sonra Ağdam kəndinə və yaxın ərazidə yerləşən mövqelərə - iyul döyüşlərinin baş verdiyi postlara yollanıblar. Media nümayəndələri general- mayor Polad Həşimovun şəhid olduğu postda da olublar.

Bizim.Media











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO