Boksçumuz Avropa birinciliyində finaldadır

Boksçumuz Avropa birinciliyində finaldadır

Hazırda oxunan: Boksçumuz Avropa birinciliyində finaldadır

28182

Bu gün Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyində final mərhələsinin görüşlərinə start verilib.

Bizim.Media xəbər verir ki, finalda Azərbaycan millisinin üzvü Məhəmmədəli Qasımzadə (54 kq) mübarizə aparacaq.

Səkkizdəbir finalda Arseni Oniyenkonu (Ukrayna), daha sonra Fyodor Kamanini (Estoniya), yarımfinalda isə rumıniyalı Daniel Girleanunu məğlub edən boksçumuz həlledici mərhələdə rusiyalı Boqdan Prima ilə qarşılaşacaq.

Qeyd edək ki, otuz ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda Azərbaycan 14 boksçu ilə təmsil olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO