Azərbaycan iki ölkədə səfirlik açıb

Azərbaycan iki ölkədə səfirlik açıb

Hazırda oxunan: Azərbaycan iki ölkədə səfirlik açıb

28167

Ötən il Azərbaycanın 2 ölkədə səfirliyi və bir şəhərdə fəxri konsulluğu açılıb.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2016-cı ilin yekunlarına dair buraxılışında bildirilib.

XİN-dən bildirilib ki, ötən il Azərbaycanın Əlcəzair Xalq Demokratik Respublikası və İraq Respublikasında səfirlikləri, Avstraliya İttifaqının Pert şəhərində isə fəxri konsulluğu açılıb.

Bununla yanaşı, Azərbaycan Respublikasının Efiopiya Federal Demokratik Respublikasındakı səfiri eyni zamanda Cibuti Respublikası, Keniya Respublikası və BMT-nin Nayrobidəki Bölməsində, Azərbaycan Respublikasının Malayziyadakı səfiri eyni zamanda Tailand Krallığında akkreditə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO