Ağacların yanması ilə bağlı şikayət araşdırıldı 

Ağacların yanması ilə bağlı şikayət araşdırıldı 

Hazırda oxunan: Ağacların yanması ilə bağlı şikayət araşdırıldı 

28043

Bakının Binəqədi rayonu, Abay Kunanbayev küçəsində baş verən yanğın zamanı ağacların yanaraq məhv olması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Bizim.Media xəbər verir ki, bunu Xidmətin rəsmisi Bəhruz Məhəmmədov deyib.

O bildirib ki, araşdırma zamanı sözügedən ərazinin xüsusi mülkiyyətdə olduğu və yanğın zamanı 12 ayland ağacının yanaraq məhv olması nəticəsində təbiətə 2880 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:

“Faktla bağlı akt tərtib edilib və toplanmış sənədlər Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndərilib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO