Əsirlikdən qayıdan erməni Azərbaycan musiqisi ilə QARŞILANDI - VİDEO

Əsirlikdən qayıdan erməni Azərbaycan musiqisi ilə QARŞILANDI - VİDEO

Hazırda oxunan: Əsirlikdən qayıdan erməni Azərbaycan musiqisi ilə QARŞILANDI - VİDEO

27976

Ermənilər Azərbaycan torpaqlarını zəbt etməklə  bərabər zəngin mədəniyyətimizə də  göz dikiblər. Onlar müxtəlif vaxtlarda Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, rəqs havaları, folklor və digər qeyri-maddi mədəni irs nümunələrini öz adlarına çıxarmağa çalışıblar.

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə evinə qayıdan erməni əsirinin Azərbaycanın oyun havaları olan “Heyvagülü” və “Yallı” ilə qarşılanmasını əks etdirən videogörüntü paylaşılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Əsirlərimizə işgəncə verən ermənilər Azərbaycan xalqından üzr istədi


Görüntülərdə erməni xislətinin növbəti təzahürü öz əksini tapıb. Milli musiqimizin sədaları altında əsirlikdən qayıdanı toy-bayramla qarşılayan sadə erməni vətəndaşları bu mənzərə ilə bütün mənalarda Azərbaycana məğlub olduqlarını və daha müharibə istəmədiklərini ifadə ediblər.  

Videogörüntünü təqdim edirik:

Alçina Amilqızı, Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO