“Düzgün olduğumuza görə kasıbıq” – 25 MÖHTƏŞƏM HƏRƏKƏT

“Düzgün olduğumuza görə kasıbıq” – 25 MÖHTƏŞƏM HƏRƏKƏT

Hazırda oxunan: “Düzgün olduğumuza görə kasıbıq” – 25 MÖHTƏŞƏM HƏRƏKƏT

27896

“Sonuncu ağac kəsiləndə, axırıncı çay zəhərlənəndə, son quş öləndə siz anlayacaqsınız ki, pulu yemək olmur”

Bizim.Media xəbər verir ki, bu şimallı-cənublu Amerikaların yerli əhalisi, Kolumbun hindu adlandırdığı köklü əhaliyə aid atalar sözləri və məsəllərdən biridir.
 

MÖVZU İLƏ BAĞLI:

Dünyanın ən qəribə VERGİLƏRİ – “İkinci ər”, “Qorxaqlıq”, “Qaralma” üçün tutulan ödənişlər


Digər maraqlı deyimləri də toplamışıq:

“Hər bir insanın daxilində pis canavarla xeyirxah qurd arasında mübarizə gedir. Sonda sənin yemlədiyin canavar qalib gəlir”

“Sən doğulanda ağlayırdın, amma dünya gülümsəyirdi. Həyatı elə yaşa ki, ölə-ölə sən güləsən, ancaq dünya ağlasın”

“Özünü eşidə bilmək üçün özünlə tək qaldığın günlər lazımdır”

“Arxamca gəlmə, ola bilər ki, mən səni doğru apara bilməyim. Məndən öndə də getmə, birdən arxanca gələ bilmərəm. Yanımda get və biz güclü olacağıq”

“Susan adam boşboğazdan iki dəfə çox bilir”

“Cavabın yoxluğu da cavabdır”

“Bilik yox, müdrikliyə doğru irəlilə. Biliklər keçmişdir, müdriklik isə gələcəkdir”

“Gözlərdə yaş olmayıbsa, qəlbdə göy qurşağı olmayacaq”

“Niyə sevgi ilə götürə biləcəyinizi güc hesabına (zorla) almağa çalışırsınız?”

“Çəkmələri ilə yol yürümədiyiniz adamı mühakimə etməyin”

“Sevməzdən qabaq qarın üstü ilə iz buraxmadan yeriməyi öyrənin”

“Özünü yaxşı hiss etdiyin yer haradırsa, vətən də oradır”

“Həqiqəti demək üçün çox söz lazım deyil”

“Qoy mənim düşmənim güclü və qorxunc olsun. Əgər ona qalib gəlsəm, (deyim kimi əksi də mövcuddur - uduzsam) utanmayacam”

“İnsan oxunun yaylarını özü hazırlamalıdır”

“Dünya sən onu gördüyün kimidir”

“Ölüm yoxdur. Dünyalar arasında keçid var”

“Böyük ruh kamil deyil. Onun işıqlı və zülmət tərəfləri var. Bəzən zülmət tərəf bizə nurlu hissədən daha çox bilik bəxş edir”

“Qüdrətli olmaq üçün artıq lazım olan hər şeyin var”

“Üstümdə gözəllik, altımda gözəllik. Cismimi tərk edəndə mən də gözəllik cığırı ilə addımlayacam”

“Bir dəfə “götür” demək, 2 dəfə “verəcəm”dən yaxşıdır” 

“Həyat nədir? Gecəykən atəşböcəyinin işığıdır, qış gələndə bizonun (vəhşi öküz) nəfəsidir. Həyat otun üzərinə uzanıb gün batışında əriyən kölgədir”

“Düzgün olduğumuza görə kasıbıq”

“Yaxşı sözlər deyildiyini, çoxsaylı vədlərin pozulduğunu xatırlayanda əzab çəkirəm. Bu dünyada danışmağa haqqı olmayanlar hədsiz çox danışır”

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO