İnam Kərimov taxıl biçinində - FOTO

İnam Kərimov taxıl biçinində - FOTO

Hazırda oxunan: İnam Kərimov taxıl biçinində - FOTO

27671

Lerik rayonunun dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən Dizdipok kəndində taxıl biçini aparılıb.

Bizim.Media Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, biçin prosesinə dağlıq ərazilərdə, maili sahələrdə biçin üçün ixtisaslaşmış dağ kombaynları cəlb olunub.

Biçin prosesində iştirak edən kənd təsərrüfatı naziri İnam Kərimov yeni nəsil dağ kombaynlarını idarə edən mexanizatorlarla söhbət edib, fermerlərlə dağlıq ərazilərdə biçinlə bağlı fikir mübadiləsi aparıb. 

Bildirilib ki, “Aqroservis” ASC-nin xətti ilə alınmış yeni nəsil dağ kombaynları biçilməsi çətin olan, dağlıq və dağətəyi zonalardakı sahələrdə biçin problemini aradan qaldırıb. Yeni nəsil dağ kombaynlarının ölkəmizə gətirilməsi nahamar relyefli dağlıq və dağətəyi rayonlarımızda da dəmyə şəraitində dənli bitkiləri becərməyə imkan verir.

Xatırladaq ki, bu il Lerik rayonunda 3069 hektar sahədə payızlıq taxıl əkilib. Əkin sahələrinin əksəriyyəti dəmyə ərazilərdə yerləşir. Artıq taxıl sahələrində biçin başa çatmaq üzrədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO