\

\"Neftçi\" Çempionlar Liqasında mübarizəyə başlayır

Hazırda oxunan: \"Neftçi\" Çempionlar Liqasında mübarizəyə başlayır

27666

"Neftçi" bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.

Bizim.Media xəbər verir ki, "ağ-qaralar" 7 ildən sonra qitənin əsas klub turnirində qüvvəsini sınayacaq.

Flaqman I təsnifat mərhələsində Gürcüstanın ən titullu klubu olan Tbilisi "Dinamo"su ilə qarşılaşacaq. Boris Payçadze adına “Dinamo Arena”da gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.Görüşü israilli FIFA referisi David Fuksman idarə edəcək.

Qarşılaşmanın oynanılacağı stadionun təqribən 40 faizi azarkeşlərlə dolacaq. Pandemiya ilə əlaqədar bütün fanatlardan qoruyucu maskadan istifadə tələb olunacaq və tribunalarda onların arasında bir boş oturacaq olacaq. Hər iki komandanın rəsmi fan-klubları stadiona buraxılmayacaq. Matçı yalnız bileti olan azarkeşlər izləyə biləcəklər.

Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gələcək. Məğlub tərəf isə yoluna Konfrans Liqasında davam edəcək.

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin daha 8 oyunu keçiriləcək. 
Bununla da bu raundda ilk matçlara yekun vurulacaq.

20:00. “Bude Qlimt” (Norveç) - "Legiya" (Polşa)

21:00. "Slovan" (Bratislava, Slovakiya) - "Şemrok Rovers" (İrlandiya)

21:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Valür" (İslandiya)

21:00. "Lüdoqorets" (Bolqarıstan) - "Şaxtyor" (Soliqorsk, Belarus)

21:00. "Makkabi" (Hayfa, İsrail) - “Kayrat” (Qazaxıstan)

21:00. "Teuta" (Albaniya) - "Şerif" (Moldova)

21:00. “Malmö” (İsveç) - "Riqa" (Latviya)

22:00. "Konnas-Ki Nomads" (Uels) - "Alaşkert" (Ermənistan)

Qeyd edək ki, bu mərhələnin cavab oyunları 13 - 14 iyulda olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO