“Azərbaycan və Pakistan KTMT-də müşahidəçi statusu almaq istəyir” – Dövlət Dumasının spikeri 

“Azərbaycan və Pakistan KTMT-də müşahidəçi statusu almaq istəyir” – Dövlət Dumasının spikeri 

Hazırda oxunan: “Azərbaycan və Pakistan KTMT-də müşahidəçi statusu almaq istəyir” – Dövlət Dumasının spikeri 

27664

İyulun 1-də Düşənbədə KTMT üzvü olan ölkələrin Parlament assambleyası Şurasının iclası olub və qərara alınıb ki, bloka tərəfdaş ölkələr institutu təsis edilsin.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Rusiya Dövlət Dumasının mətbuat xidməti yayıb.

Mənbə bildirir ki, təklifi iclasda Dövlət Dumasının spikeri Vyaçeslav Volodin irəli sürüb.

O deyib ki, KTMT-yə tərəfdaş ölkələr onun strukturlarında həlledici səsə malik olmayacaqlar, amma sənədlərin hazırlanmasında və kollektiv qərarların işlənilməsində iştirak edəcəklər. Bu da Volodinə görə, “bloka üzv ölkələrin prinsiplərini bölüşən  ölkələrlə” qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə imkan verəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Pakistan KTMT-yə üzv olmaq üçün müraciət edib - RƏSMİ


Volodin habelə deyib ki, KTMT ilə əməkdaşlıq üçün bir sıra dövlətlər maraq göstərirlər. Dövlət Dumasının Avrasiya inteqrasiya məsələləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov isə deyib ki, bu formata ən çox maraq göstərən ölkələr Azərbaycan və Pakistandır.

Kalaşnikovun sözlərinə görə, “hərçənd bu haqda danışmaq qəbul edilməyib”, amma bu ölkələr KTMT yanında müşahidəçi statusu almaq üçün çoxdan öz arzularını ifadə ediblər.

Qeyd edək ki, Azərbaycanın KTMT-də müşahidəçi statusu alması məsələsi əvvəllər də dəfələrlə gündəmə gəlib, amma hər dəfə İrəvanda deyiblər ki, onlar öz veto haqlarından istifadə edəcəklər.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO