Ermənilər Kəlbəcərdəki Xudavəng monastırını sökür - VİDEO

Ermənilər Kəlbəcərdəki Xudavəng monastırını sökür - VİDEO

Hazırda oxunan: Ermənilər Kəlbəcərdəki Xudavəng monastırını sökür - VİDEO

2753

Kəlbəcər rayonunu tərk edən ermənilər indi də dini məbədlərdən oğurluq edirlər.

Bizim.Media xəbər verir ki, ermənilər növbəti talanlarını Kəlbəcərdəki Xudavəng monastrında həyata keçiriblər.

Evləri yandıran, Kəlbəcər meşəliklərində ekoloji terror törədən ermənilərin bu dəfəki hədəfinə monastr tuş gəlib. Onlar dini ibadətgahı sökməyə başlayıblar.

Kəlbəcərin işğaldan azad edilməsindən sonra ermənilər monastrdakı zəngləri, məşhur Alban Xudavəng monastırının xaç daşlarını və digər qiymətli əşyaları sökərək qeyri-qanuni olaraq Ermənistana aparırlar. 




Xatırladaq ki, Kəlbəcər rayonu ilə Dağlıq Qarabağ arasında yerləşən monastır IX-XIII əsrlərdə Albaniya şahzadəsi Vaxtanqın həyat yoldaşı tərəfindən inşa olunub. 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğaldan sonra ermənilər 1954-cü ildə qəbul edilən Haaqa Konvensiyasını pozaraq, monastırı saxtalaşdırıblar.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO