Səhər saatlarında bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.
Bu barədə Bizim.Media-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, Bakı-Sumqayıt şosesi Xırdalan dairəsindən istiqamətindən başlayaraq, 20 Yanvar dairəsi adlanan ərazi istiqamətində sıxlıq müşahidə edilir.
Eləcə də paytaxtın Tbilisi prospekti Əsas yol (20 Yanvar dairəsindən başlayaraq, əsasən, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, Şəhər mərkəzi istiqamətində) sıxlıq müşahidə olunur.
Binəqədi şosesi əsasən, Biləcəri-Baksol yolu ilə kəsişməyə qədər, Şəhər istiqamətində, Babək prospekti-Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən, Şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində, Ziya Bünyadov prospekti əsasən, Əhməd Rəcəbli küçəsi ilə kəsişməsini keçdikdən sonra Əsas yol, 20 Yanvar dairəsi istiqamətində, Zabrat şosesi-Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində, Mikayıl Əliyev küçəsi-Heydər Əliyev prospekti Köməkçi yol istiqamətlərində də avtomobilərin hərəkətində sıxlıq yaranıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:46 / 05.07.2021
DİQQƏT! - Paytaxtın bu ərazilərində tıxac var
Hazırda oxunan: DİQQƏT! - Paytaxtın bu ərazilərində tıxac var
Hazırda oxunan: DİQQƏT! - Paytaxtın bu ərazilərində tıxac var
27358
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.