Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə telefonla danışdı

Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə telefonla danışdı

Hazırda oxunan: Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə telefonla danışdı

27314

İyulun 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya bildiriblər ki, telefon söhbəti zamanı nazirlər iki ölkə arasındakı əməkdaşlıq gündəliyi üzrə, o cümlədən ənənəvi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi ilə bağlı aktual məsələlərə dair fikir mübadiləsi aparıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Rövnəq Abdullayev Türkmənistan Prezidentinin qəbulunda


Nazirlər, həmçinin regional təhlükəsizlik, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Cari il keçirilməsi nəzərdə tutulan Azərbaycan, Türkmənistan, Türkiyə yüksəksəviyyəli görüşünün əhəmiyyəti vurğulanıb.

Telefon danışığı zamanı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO