İlqar Məmmədov və Natiq Cəfərli “toy paltarında” ofis təmir edir - FOTO

İlqar Məmmədov və Natiq Cəfərli “toy paltarında” ofis təmir edir - FOTO

Hazırda oxunan: İlqar Məmmədov və Natiq Cəfərli “toy paltarında” ofis təmir edir - FOTO

27297

REAL partiyasının Bakının Qutqaşınlı küçəsində yerləşən ofisində təmirə start verilib.

Bizim.Media xəbər verir ki, bu haqda fotonu REAL partiyasının sədri İlqar Məmmədov özünün Facebook səhifəsində yazıb.

Partiyanın funksioneri fotoya belə qeyd də əlavə edib:

“REAL partiyasının ofisində iməcilikdir, hər kəs bacardığı işi görür”.

Görüntüdə Partiyanın Siyasi Komitəsinin üzvü Natiq Cəfərli divar rəngləyir, sədr İlqar Məmmədov isə drellə divardan deşik açır. 

İlqar Məmmədovun dostluğunda olanlar fotoya maraqlı şərhlər yazıblar:

“Kömək lazımdırsa, gələ bilərəm. Sizə inanıram, Real- çılar!”.

“Digər partiyaları da dəvət etmək lazımdır, kömək etsinlər. Seçkilərə gəlmədilər, bəlkə belə bir xeyirləri dəyə”. 

“İşiniz avand olsun”.

“Bu geyimlərdə iməcilik çətin deyil?”.

“Erkin bəy, iş görmür. Yəqin tələsmir”.

“Bəylər, belə boya-drel işlərini "toy paltarında" görməzlər axı”.

Natiq Cəfərili isə bu şərhlərə özünəməxsus tərzdə cavab verib:

“Mən yazıq, maladan sonra indi də “kraska” vururam”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO