Bakı metrosundakı terrordan 27 il ötür

Bakı metrosundakı terrordan 27 il ötür

Hazırda oxunan: Bakı metrosundakı terrordan 27 il ötür

27191

1994-cü ilin iyul ayının 3-də  Bakı metrosunda baş verən terror aktından 27 il keçir.

Bizim.Media xəbər verir ki, bu Bakı metrosunda baş verən sayca ikinci terror aktı idi. 

İyulun 3-də saat 20:30-da 28 May metrostansiyasından çıxıb Gənclik metrostansiyası istiqamətində hərəkət edən qatarın platformaya çatmağına 500 metr qalmış, elektrik qatarın ikinci vaqonunda partlayış baş verib.

Terror aktı nəticəsində 13 nəfər həlak olub, 58 nəfər isə yaralanıb.

“28 May” və “Gənclik” metrostansiyaları arasında partlayışın təşkil edilməsi faktı ilə Azərbaycan vətəndaşı Azər Aslanov Moskvada həbs edilib. 1997-ci ilin 29 noyabr tarixində onu Azərbaycana göndəriblər. 1998-ci ildə Aslanov bu terror aktını reallaşdırmaq göstərişini erməni əsirliyində olarkən publisist Zori Balayandan aldığını deyib.

Məhkəmənin qərarı ilə  ona ömürlük həbs cəzası verilib. İstintaqla müəyyən edilib ki, terror aktının təlimatçıları Ermənistanın xüsusi təyinatlı orqanlarının əməkdaşları polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olub.

Aslanovun bəyanatına əsaslanaraq Azərbaycan məhkəməsinin qərarı ilə Balayana qarşı cinayət işi açılıb.

1999-cu ildə Azərbaycan Baş Prokurorluğunun təqdimatı əsasında İnterpol publisisti xüsusi təhlükəli cinayətkar kimi beynəlxalq axtarışa verib. Amma 2001-ci ildə İnterpol məsələyə yenidən baxaraq Balayanı axtarılan şəxslər siyahısından silib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO