Falçının oğurluq etdiyi ev Vətən müharibəsi şəhidinin imiş - VİDEO

Falçının oğurluq etdiyi ev Vətən müharibəsi şəhidinin imiş - VİDEO

Hazırda oxunan: Falçının oğurluq etdiyi ev Vətən müharibəsi şəhidinin imiş - VİDEO

27009

Xəbər verdiyimiz kimi, ötən ay Qusarda fala baxmaq adı ilə insanları aldadaraq pullarını mənimsəyən qadın saxlanılıb.

Bizim.Media bildirir ki, dələduzluqla məşğul olan Aygün Məmmədovanın qurbanlarından biri də Vətən müharibəsi şəhidi Çoban Nurmətovun ailəsi olub.

Özünü falçı kimi təqdim edən Aygün Məmmədova şəhidin ailəsinin yaşadığı evə gələrək orada şər qüvvələr olduğunu deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Falçı şəhidin həyat yoldaşını aldadıbmış


Daha sonra fala baxmaq adı ilə evə daxil olub və 11 800 manat pul oğurlayıb. Məlum olub ki, oğurlanan pul ailənin xəstə övladının müalicəsi üçün nəzərdə tutulubmuş.

Qeyd edək ki, şəhid Çoban Nurmətov Qusarın Cibir kəndində dünyaya gəlib. O, Vətən müharibəsi zamanı oktyabrın 23-də şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz Prezidentin sərəncamları ilə “Vətən uğrunda”, Şuşanın, Cəbrayılın, Füzulinin, Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub. Baş gizir Nurmətovun şəhidliyindən 50 gün sonra qızı Fatimə dünyaya gəlib.

Özünü falçı kimi təqdim edən qadının şəhid ailəsindən oğurluq etməsi ilə bağlı Space TV-də yayımlanan “Gündəm Amil Xəlil ilə” verilişi süjet hazırlayıb:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO