Goranboydakı dəhşətli qəzanın səbəbi AÇIQLANDI – VİDEO

Goranboydakı dəhşətli qəzanın səbəbi AÇIQLANDI – VİDEO

Hazırda oxunan: Goranboydakı dəhşətli qəzanın səbəbi AÇIQLANDI – VİDEO

269314

Xəbər verdiyimiz kimi, sentyabrın 7-də, saat 16:30 radələrində Bakı–Qazax yolunun 312-ci kilometrində, Goranboy rayonu ərazisində “Mercedes” markalı yük avtomobilinin iştirakı ilə qəza baş verib.

Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidməti hadisənin səbəbini açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Goranboyda yük avtomobili obyektə çırpıldı - VİDEO


Bildirilib ki, Türkiyə vətəndaşı, 2002-ci il təvəllüdlü Taha Ali Şimşek idarəetməni itirərək əvvəlcə yolun ortasındakı maneələrə çırpılıb, daha sonra qeyri-yaşayış obyektinə daxil olub. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəzanın səbəbi sükan arxasında yatan sürücünün diqqətinin itməsi olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO