Tovuzda yol qəzası: 1 ölü, 2 yaralı var 

Tovuzda yol qəzası: 1 ölü, 2 yaralı var 

Hazırda oxunan: Tovuzda yol qəzası: 1 ölü, 2 yaralı var 

26883

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayonun Alakol kəndindən keçən hissəsində qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, hərəkətdə olan “Ford” markalı sərnişin avtobusu ilə "VAZ-2107" markalı minik avtomobilinin toqquşması nəticəsində 1970-ci il təvəllüdlü Məmmədov Namiq Balakişi oğlu, 1933-cü il təvəllüdlü Mirzəyev Təhmuraz Tofiq Oğlu və 1990-cı il təvəllüdlü Məmmədli Məhəmməd Aslan oğlu xəsarət alaraq Tovuz Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. 

Həkimlərin səyinə baxmayaraq, 51 yaşlı Namiq Məmmədov xəstəxanada dünyasını dəyişib. Digər xəstələrin vəziyyəti kafi qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO