Yelo Bank müharibə veteranını məhkəməyə VERDİ - 100 manata görə

Yelo Bank müharibə veteranını məhkəməyə VERDİ - 100 manata görə

Hazırda oxunan: Yelo Bank müharibə veteranını məhkəməyə VERDİ - 100 manata görə

26683

Yelo Bank müharibə iştirakçısını 100 manat borca görə məhkəməyə verib. 

Bu barədə Bizim.Media-ya müharibə veteranı Ərəstun Əbilzadə məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Bizim.Media yazdı, Kapital Bank qazinin 10 minə yaxın borcunu BAĞLADI - FOTO


Onun sözlərinə görə Vətən müharibəsindən əvvəl bankdan 5 min manat borc götürüb və vaxtı-vaxtında aylıq ödənişlərini edib.

Müharibədə olduğu 97 gün müddətində məlum səbəbdən borclarını gecikdirib. Bank isə veteranın gecikdirilmiş borcuna görə əlavə hesablanmış faiz (100 manat) yazıb. Müharibədən qayıtdığı günün sabahı Ərəstun Əbilzadə əsas aylıq borclarını ödəsə də, bank bununla kifayətlənməyərək, əlavə faizi tələb edib. Müştəri isə ödəməkdən imtina edib. 

“Təxminən il yarım əvvəl Yelo Bankdan 5000 manat pul götürmüşdüm. Müharibədə olduğum 97 gün istisna, aylıq 330 manat məbləğində ödəniş etmişəm. Təbii ki, müharibədə olduğum müddətdə qalan borcu ödəyə bilməzdim. Dekabrın 26-sı qayıtdıqdan sonra qalan gecikdirməmi də ödəmişəm. Bank isə gecikmə görə hesablanan faizi dondurmayıb və indiyədək 100 manat məbləğin ödənilməsini tələb edir. Ödəməkdən imtina etdiyim üçün isə məhkəmədə iddia qaldırılıb”. 

Ərəstun Əbilzadə Yelo Bankın ona 10 gün vaxt qoyduğunu da deyib:

“Ödənişi bitirməyim üçün 10 gün vaxt qoyulub. Gəmidə çalışıram və sahilə demək olar ki, gəlmirəm. Pulu ödəmək imkanında deyiləm. Yelo Bank Silahlı Qüvvələr Günündə saxta vətənpərvərlik edir. Həmin günlə əlaqədar post paylaşır. Halbuki Ordu gününü həsr etmək istədikləri adamlardan biri olan məni müharibədə olduğum 97 gün müddətdə gecikdirilmiş müddətə görə yazılmış faizə görə məhkəməyə verib. Məsələ pulda deyil prinspidədir. Mən də onu ödəməyəcəm. Qanun bununla bağlı nə deyir bilmirəm, amma məntiqlə haqlı olduğuma əminəm”.

Yelo Bankın mətbuat katibi Ayxan Şıxlınski Bizim.Media-ya açıqlamasında məsələdən xəbərdar olduğunu və veteranın dəfələlərlə onlara müraciət etdiyini təsdiqləyib.

Qurum rəsmisi veteranın üzləşdiyi problemlə bağlı araşdırma aparacaqlarını və tez bir zamanda məlumat verəcəklərini söyləyib.

Qeyd edək ki, Ərəstun Əbilzadə 13 may 1993-cü ildə Biləsuvar rayonunun Bəydili kəndində doğulub. 2010-cu ildə orta təhsilini bitirərək Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olub. Burada Gəmiçilik və gəmilərin hərəkətinin idarəedilməsi ixtisası üzrə təhsil alıb.

Akademiyanı bitirdikdən sonra hərbi xidmətə gedib. Müddətli həqiqi hərbi xidmətdən sonra 2015-ci idlə ASCO-nun “Ramiz Hacıyev” gəmisində matros kimi işə başlayıb.

Bir sonra isə kapitanın III və qısa müddətdə kapitanın II köməkçisi vəzifəsinə yüksəlib. Hazırda “Şahdağ” gəmisində kapitanın II köməkçisi kimi işləyir.

Ərəstun Əbilzadə Vətən müharibəsində iştirak edən 58 nəfər ASCO əməkdaşından  biridir. 44 günlük haqq savaşında qəhrəmanlıqla, böyük qürurla döyüşüb.  Gəmiçi fədakarlığını bu dəfə dənizin ortasında deyil, döyüş meydanında sübuta yetirib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO