Ananas yeməklə arıqlamaq olar – “Women’s Health”dən EKSKLÜZİV

Ananas yeməklə arıqlamaq olar – “Women’s Health”dən EKSKLÜZİV

Hazırda oxunan: Ananas yeməklə arıqlamaq olar – “Women’s Health”dən EKSKLÜZİV

26652

Amerikalı dietoloq və ekspertlərin fikrincə, ananasın köməyi ilə artıq çəkidən qurtulmaq mümkündür.

Bizim.Media “Women’s Health”ə istinadən xəbər verir ki, sağlam qidalanma platformasının yaradıcılarından biri olan həkim-dietoloq Vanessa Risettonun fikrincə, ananas meyvəsində kalori azdır – 100 qrama cəmi 52...

Onun sözlərinə görə, aşağı səviyyəli karbohidrat pəhrizi saxlayanlar ananasdan xüsusi ehyiyatla istifadə etməlidirlər.

Eyni zamanda mədə-bağırsaq sistemində narahatçılıqları olanlar da ananansa ehtiyatla yanaşmalıdırlar. 

Yəni, karbohidrat miqdarını nəzərə almaqla sutka ərzində həddən artıq çox ananas yemək olmaz. Ananasdakı bromelayn fermenti piyin əridilməsinə yardımçı olur. Bundan başqa həmin ferment vasitəsilə insan orqanizmi piydən enerji əldə edə bilir. 

Tropik bitkinin tərkibindəki elementlərdən digərləri insana toxluq verir, tez həzm olunur. Ananas təbii dərmanlar kimi maddələr mübadiləsinə də xeyirdir.

Ananasdakı C, B1, B2, B3 və B6 vitaminləri immun sistemini gücləndirir, virusla, mikroblarla mübarizəyə dəstək verir.

Dietoloqlar arıqlamaq üçün yalnız ananasa bel bağlamamağı da məsləhət görür. Çünki istifadə həcminə düzgün nəzarət olsa, bütün meyvələr artıq çəkidən azad olmağa kömək edir. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO