Tovuzda Kür çayı sahilində güclü yanğın olub

Tovuzda Kür çayı sahilində güclü yanğın olub

Hazırda oxunan: Tovuzda Kür çayı sahilində güclü yanğın olub

266385

Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində, Kür çayının sahilində yanğın hadisəsi qeydə alınıb.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə vətəndaşlara məxsus açıq sahədə anidən başlayıb.
 

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4, Ağstafa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin isə 1 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.


Yanğın nəticəsində təxminən 300 hektara yaxın quru otlaq və kol-kos sahəsi yanıb. FHN əməkdaşlarının operativ müdaxiləsi sayəsində ərazidə yerləşən vətəndaşlara məxsus fermalar alovdan qorunub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO