“Çelsi” hücumçusu Nikolas Ceksonu icarəyə verməyə yaxındır.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs “X” (əvvəlki "Twitter") sosial şəbəkəsində məlumat verib.
İcarənin qiyməti 10 milyon funt sterlinq (təxminən 11,5 milyon avro) olacaq. Maraqlanan klublara futbolçunun icarəyə verilə biləcəyini və bu icarənin məcburi satınalma öhdəliyi ilə müşayiət olunacağını bildirib.
Hazırda “Aston Villa” futbolçunu transfer etmək imkanını nəzərdən keçirir. Həmçinin onun “Nyukasl” və ya “Milan”a keçidi də istisna olunmur.
Qeyd olunur ki, “Çelsi” oyunçu üçün tələblərini aşağı salarsa, Ceksona olan maraq daha da artacaq. Hazırda londonlular hücumçunu 80 milyon funt sterlinqə (92,8 milyon avro) satmaq istəyirlər.
Xatırladaq ki, Nikolas Cekson 2023-cü ilin yayında “Vilyarreal”dan “Çelsi”yə keçib. Bu müddətdə o, 81 oyunda iştirak edib, 30 qol vurub və 12 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2033-cü ilin yayına qədər qüvvədədir.
Bizim.Media