Süni intellekt istifadəçilərinə XƏBƏRDARLIQ – Yeni cəzalar tətbiq oluna BİLƏR

Süni intellekt istifadəçilərinə XƏBƏRDARLIQ – Yeni cəzalar tətbiq oluna BİLƏR

Hazırda oxunan: Süni intellekt istifadəçilərinə XƏBƏRDARLIQ – Yeni cəzalar tətbiq oluna BİLƏR

266189

Son illərdə iş dünyasında ən mühüm dəyişikliklərdən biri insanlarla süni intellekt arasında əməkdaşlığın yaranmasıdır. “Hibrid iş modeli” adlanan bu əməkdaşlığın məqsədi əslində çoxlarının narahat olduğu kimi “insan əməyini tam əvəzlənməsi” deyil, əksinə, onun işin daha da məhsuldar olmasıdır.

Burada əsas məqamlardan biri odur ki, insan müdaxiləsi olmadan süni intellektin yaratdığı əsərlərdə yaradıcılıq meyarı ödənildiyinə görə sərbəst əsər hesab edilir. Amma insan müdaxiləsi ilə yaradılan əsərlər üzərində müəlliflik hüququ bilavasitə şəxsə aiddir. Bu zaman süni intellektin istinadsız hazırladığı materialları ayrı-ayrı şəxslər istifadə edir, nəticədə konkret yaradıcı şəxsin müəllif hüquqları pozulmuş olur.

Belə olan halda süni intellekt materiallardan icazəsiz istifadə edərsə, müəllif hüquqlarının pozulduğuna görə məhkəməyə verilə bilərmi?

Məsələyə münasibət bildirən hüquqşünas Ramil Süleymanov Bizim.Media-ya açıqladı ki,  ümumiyyətlə Azərbaycanda süni intellekt anlayışı ciddi şəkildə tətbiq olunmur.


 

“Baxmayaraq ki, Qərb dövlətlərində, hətta qonşu ölkələrdə süni intellektlə bağlı  məsələyə artıq kifayət qədər aydınlıq gətirilib: süni intellektdən istifadə edənlərin cəzaları, mülki məsuliyyəti qanunvericilikdə təsbit olunub, amma Azərbaycan Respublikasında bununla bağlı hansısa dəyişiklilər və ya əlavələr edilməyib. Ümumiyyətlə bununla bağlı müzakirələr aparılmır”


Hüquqşünas diqqətə çatdırdı ki, Fransa, Almaniya, İngiltərə hətta Türkiyədə süni intellektdən istifadə etməklə müxtəlif elmi məqalələr yazılmasında köməklik alan şəxslər barəsində aldatma ilə bağlı cinayət məcəlləsinə, o cümlədən mülki məsuliyyətlərin formalaşmasını təşkil edən qanunvericiliyə bir sıra əlavələr olunub və bununla bağlı artıq bir neçə məhkəmə iclasları da keçilib. Azərbaycanda isə süni intellektin hüququ statusu müəyyən olunmayıb.
 

“Ona görə də əsərlərini internet portallarına yükləyən şəxslər həm daxili qanunvericiliyə əsasən, həm də beynəlxalq qanunvericiliklə öz müəllif hüquqlarının müdafiəsini təşkil edə bilmirlərsə, bununla bağlı müvafiq sertifikat ala bilməyiblərsə, o zaman bu məsələ artıq onların zərərinə olacaq.


Süni intellekt onsuz da internet resursları üzərindən hərəkət edir, ora yüklənən materiallardan istifadə edir. Əgər süni intellekt müəllif hüquqlarını pozmaqla məlumat təqdim edərsə, bu zaman onu təsis edən hüquqi və fiziki şəxlərin məsuliyyəti müəyyən olunacaq.

Təqdim etdiyi materiallarda müəllif hüquqlarına sayğıyla yanaşacaqsa, mənbəyə istinad edəcəksə, burada hər hansl məsuliyyətdən söhbət gedə bilməz”.

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO