Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində ixtisas seçimi davam edir və bu gün son gündür.
Bizim.Media xəbər verir ki, abituriyentlər 23:59-da ixtisas seçimini yekunlaşdırmalıdırlar.
Qeyd edək ki, ixtisas seçimi zamanı yanlışlıq edən abituriyentlərə ərizələrini ləğv edib yenidən seçim etmə imkanı verilirdi.
Lakin Dövlət İmtahan Mərkəzi bildirib ki, ərizə qəbulunun son günü bu imkan aktiv olmur.
Mərkəz abituriyentlərə tövsiyə edir ki, vaxtında seçimlərini dəqiqləşdirərək ərizəni təsdiqləsinlər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:14 / 19.08.2025
İxtisas seçimində yanlışlıq edənlərin NƏZƏRİNƏ!
Hazırda oxunan: İxtisas seçimində yanlışlıq edənlərin NƏZƏRİNƏ!
Hazırda oxunan: İxtisas seçimində yanlışlıq edənlərin NƏZƏRİNƏ!
265981
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.