Zelenski sülh müqabilində Donbası verməkdən imtina etdi

Zelenski sülh müqabilində Donbası verməkdən imtina etdi

Hazırda oxunan: Zelenski sülh müqabilində Donbası verməkdən imtina etdi

265599

Ukrayna Prezidenti Volodimir Zelenski sülh müqabilində Donbasın bütün ərazisini Rusiyaya verməkdən imtina edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Reuters" agentliyi mənbələrə istinadən yayıb.

Mənbənin məlumatına görə, ABŞ prezidenti Donald Tramp şənbə günü Vladimir Putinlə görüşündən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında bəyan edib ki, Kiyev Moskva ilə müharibəni başa çatdırmaq üçün razılaşma əldə etməlidir.

Tramp bildirib ki, Rusiya lideri cəbhə xəttinin böyük hissəsini dondurmağı təklif edib, əvəzində isə Ukrayna qüvvələri Donbası verməlidir.

“Zelenski isə bu tələbi rədd edib”, – agentlik mənbəyə istinadla yazır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO