Sərhədçilərlə bayram görüşü - FOTO

Sərhədçilərlə bayram görüşü - FOTO

Hazırda oxunan: Sərhədçilərlə bayram görüşü - FOTO

265440

Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 106-cı ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin "Xudat" Sərhəd Dəstəsinin "Samur" sərhəd zastavasında Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun, rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin, ziyalıların və ağsaqqalların iştirakı ilə tədbir keçirilib.

Qusar icra hakimiyyətindən Bizim.Media-nın şimal bürosuna verilən məlumata görə, Azərbaycanın Dovlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təntənəli tədbirdə hərbi hissə komandiri, polkovnik Zaur Qasımov giriş sözü ilə çıxış edib.
 

O qeyd edib ki, müstəqil dövlətimizin qurucusu Ulu Öndər Heydər Əliyevin milli inkişaf konsepsiyasını uğurla davam etdirən, tariximizin ən böyük sərkərdəsi, Zəfər və qəhrəmanlıq simvolu olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən döyüş əməliyyatları Azərbaycan xalqının tarixi qələbəsi ilə başa çatmış, ölkəmizin ərazi bütövlüyü tam bərpa olunub. Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov çıxışında sərhədlərimizin keşiyində dayanan bütun sərhədçiləri Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 106-cı ildönümü münasibətilə təbrik edib.


O müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində əldə olunmuş qələbədə sərhədçilərin rolunu xüsusi vurğulayıb. Rayon rəhbəri çıxışında Dövlət Sərhəd Xidmətinin yaradıcısı Heydər Əliyevin və onun siyasi irsinin davamçısı, Azərbaycan tarixinin ən böyük sərkərdəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında çətin və şərəfli inkişaf yolu keçdiyini diqqətə çatdırıb.

Cənab Məmmədxanov DSX-nin güclü sərhəd mühafizə infrastrukturuna, peşəkar kadrlara, müasir silah-texnikaya malik olan, iqlim və relyefindən asılı olmayaraq Vətənimizin quru ve su sərhədlərini sayıqlıqla qorumağa qadir olan bir qurum kumi xarakterizə edib.

Təntənəli tədbir Azərbaycan Sərhəd Mühafizəsinin yaranma tarixi və inkişaf mərhələləri barədə sənədli filminin nümayişi və Qusar rayon özfəaliyyət kollektivinin konsert proqramı ile başa çatıb. Tədbirdə iştirak edən rəsmi qonaqlar hərbi qulluqçuları təltif edərək, qiymətli hədiyyə təqdim edib, sərhəd zastavasında yaradılmış şəraitlə tanış olaraq əsgərlərlə birlikdə bayram süfrəsi arxasında nahar ediblər.






















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO