Kapitalizmin ÇİRKİN TƏBLİĞATI – Boşanmaların əsl səbəbi BƏLLİ OLDU

Kapitalizmin ÇİRKİN TƏBLİĞATI – Boşanmaların əsl səbəbi BƏLLİ OLDU

Hazırda oxunan: Kapitalizmin ÇİRKİN TƏBLİĞATI – Boşanmaların əsl səbəbi BƏLLİ OLDU

265414

“Boşanmaları məhz kapitalizm təbliğ edir, çoxaldır. Ailələrin dağılması bu sistemin başlıca məqsədidir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı deyib.

Onun fikirlərinə görə, dünyada sosial münasibətlərin zəifləməsi, ailələrin dağılması məhz kapitalizmlə bağlıdır:

“Ailələr dağıldıqda kütləvi şəkildə ucuz işçi qüvvəsi yaranır. Boşanan qadınlar kapitalizm üçün ucuz işçi qüvvəsi hesab olunur. Onlar az maaşa işləməyə razı olan işçi qüvvəsidir. Kapitalizm üçün bundan yaxşı nəsə ola bilməz. Ailəli qadın işçilər şirkətlərə sərf etmir. Çünki onların övladları, müəyyən öhdəlikləri var”.

“Onlara zombilər lazımdır...”.
 

“Şirkətlərə sadəcə həyatı işdən ibarət olan zombilər lazımdır. Onlar istəyirlər ki, ancaq işləyən, sadəcə 1-2 saat boş vaxtı qalan kütlə formalaşdırsınlar. Bu gün iş vakansiyalarının 99%-i qadın işçi tələb edir. Kapitalizm üçün isə qazancdan başqa heç bir dəyər yoxdur. Quldarlıqda yalnız əməyin istismarı var idisə, kapitalizmdə yüzlərlə dəhşət var”.


Elçin Bayramlı sonda qeyd edib ki, kapitalizm bütün imkanlarıyla ailə sistemininin dağıdılması üçün çalışır.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO