Bu şəxslər hərbi çağırışdan azad edilir

Bu şəxslər hərbi çağırışdan azad edilir

Hazırda oxunan: Bu şəxslər hərbi çağırışdan azad edilir

265387

Bəzi tibbi əməliyyatlar keçirmiş şəxslər hərbi xidmətə yararsız hesab olunur və çağırışdan azad edilir. 

Bəs öd kisəsi çıxarılan şəxslər hərbi xidmətə yararlı hesab olunur?

Bizim.Media xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, “Öd kisəsinin cərrahi yolla çıxarılması — xolesistektomiya əməliyyatı” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar müəyyən qaydalar əsasında qiymətləndirilir.
 

“Bu qiymətləndirmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsaslanır.


Sözügedən sənədin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq, belə çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO