Bakıda 49 yaşlı kişi nəvəsini söyən qonşusunu döydü

Bakıda 49 yaşlı kişi nəvəsini söyən qonşusunu döydü

Hazırda oxunan: Bakıda 49 yaşlı kişi nəvəsini söyən qonşusunu döydü

265305

Bakıda 49 yaşlı kişi nəvəsini söyən qonşusunu döyüb.

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Xaşa-Xuna bağlar massivində baş verib.

Qəsəbə sakini, 1976-cı il təvəllüdlü İlqar Aslanov (ad və soyad şərtidir) işdən evə gələrkən azyaşlı nəvəsinin ağladığını görür. Səbəbi ilə maraqlananda nəvəsi bildirir ki, qonşuluqda yaşayan Zamiq Ağayev (ad və soyad şərtidir) onu söyüb.

İ.Aslanov qonşuya gedərək ev sahibini çağırıb və onun nə məqsədlə nəvəsini təhqir etdiyini soruşub. Bu vaxt tərəflər arasında mübahisə yaranıb və İ.Aslanov Zamiqi kəllə, yumruq və təpik zərbələri ilə döyüb.

Hadisə yerinə polis əməkdaşları gəliblər, hadisəni törətməkdə şübhəli bilinən İ.Aslanov polisə dəvət edilərək izahatı alınıb, faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Xəzər Rayon Məhkəməsində aparılan məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs İ.Aslanovdan dəymiş ziyana görə 5 min manat təzminat istəsə də, təqsirləndirilən şəxs ona həmin məbləği ödəməyib.

Məhkəmənin hökmü ilə İ.Aslanova 9 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO